Modern.az

"Məktəblərdə qızılca ilə bağlı şayiələr səsləndirilir"

Təhsil

30 Noyabr 2023, 16:48

Məktəblərdə qızılcaya yoluxma ilə bağlı vəziyyət izlənilir.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

 

O qeyd edib ki, bəzən başqa simptomlarla qızılca səhv salınır.

 

"Ona görə həkimə müraciət edilməsi tövsiyə olunur. Hazırda şayiə və faktlar arasında qalmışıq. Bəzi məktəblərdə əsası olmadan rəqəmlər deyilir. Əksər məktəblərdə ciddi problem müşahidə etmirik. Sadəcə şayiə xarakterli rəqəmlər səsləndirilir",- nazir deyib.

 

E.Əmrullayev valideynlərə çağırış da edib: "Valideynlər övladlarını mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdurmalıdır. Ən qısa zamanda xüsusilə də aşağı yaşlı şəxslər peyvənd olunmalıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi