Modern.az

Məktəblərdə davranış qaydaları ilə bağlı problemlər var - Nazir

Məktəblərdə davranış qaydaları ilə bağlı problemlər var - Nazir

Təhsil

30 Noyabr 2023, 17:10

"Şagird davranış qaydalarının tətbiqi müsbət haldır, çünki istinad mənbəyimiz var. Əvvəllər bu, yox idi".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

 

"Bunun bəzi mənfi tərəfləri də var. Misal olaraq, qaydalar olsa da, iki şagird dava etməyəcək deyə bilmərik. Sadəcə, belə hal olanda direktor nə edəcəyini biləcək. Bir çox hallarda davranış mədəniyyəti məsələsi də gündəmə gəlir. Onu da qeyd edim ki, bəzi məktəblərdə qaydaların icra olunması ilə bağlı problemlər müşahidə edirik. Bu zaman məsələni inzibati qaydada həll etməli oluruq", - nazir bildirib.

 

Qeyd edək ki, hazırda layihə pilot şəklində 300 məktəbdə həyata keçirilir, bu sayın növbəti il üçün 500-ə çatdırılması planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada