Modern.az

Yeni tədris planında STEAM elementləri texnologiya fənninə əlavə olunacaq

Yeni tədris planında STEAM elementləri texnologiya fənninə əlavə olunacaq

Təhsil

4 Dekabr 2023, 10:50

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı Azərbaycanın bütün bölgələrini əhatə edir. Həmçinin festivala xarici ölkələrdən iştirakçılar qatılıb.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində söyləyib. O bildirib ki, Elm və Təhsil Nazirliyi dörd il ərzində yüz mindən artıq şagirdi festivala cəlb edib.

 

“Bu il festivalda bir neçə maraqlı yarış bizi gözləyir. İlk dəfə hidrogen batareyalarla elektrik maşınların yarışı olacaq. Burada iştirakçı olanlar zamanın tələbinə cavab verən nəsil kimi formalaşacaqlar”, - deyə nazir qeyd edib.

 

Emin Əmrullayev 2025-ci ildə STEAM festivalının bəzi elementlərinin kurikulum məzmununa daxil ediləcəyini söyləyib. Bildirib ki, yeni tədris planında STEAM elementləri texnologiya fənninə əlavə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü