DQİDK-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.İskəndərovun səfər çərçivəsində İran İslam Respublikasının mədəniyyət və irşad naziri Əli Cənnəti, xarici işlər naziri Cavad Zərif, İslam Mədəniyyəti və Əməkdaşlıq Təşkilatının sədri Məhəmmədbaqir Xürrəmşad, o cümlədən digər rəsmi şəxslərlə görüşləri keçiriləcək.
Səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin İranın Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrlə görüşü, o cümlədən İranın müvafiq dövlət qurumları ilə ikitərəfli əlaqələrinin inkişafı üçün bir sıra layihələrin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Elşad İskəndərov İranda hakimiyyət dəyişikliyindən sonra Azərbaycandan qonşu ölkəyə səfər edən ilk rəsmi şəxsdir.
Modern.az