Modern.az

İcra başçısı şəhər sakinlərinin problemləri ilə bağlı tapşırıq verib

İcra başçısı şəhər sakinlərinin problemləri ilə bağlı tapşırıq verib

14 Sentyabr 2013, 12:33

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu gün Horadiz şəhər sakinləri görüşüb. Görüş rayon İcra Hakimiyyətinin iclas zalında keçirilib.

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı sakinlərin müraciətləri dinlənilib. Rayon sakinləri tərəfindən qaldırılan məsələlərin əksəriyyəti icra başçısının göstərişi ilə görüşdə iştirak edən aidiyyatı xidmət təşkilatlarının rəhbərləri tərəfindən yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll istiqamətində işlərin aparılması tapşırılıb. Görüşdə 120 nəfər iştirak edib. Görüşün sonunda şəhər sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.  




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular