Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin hesabına 3 min manat keçirib. Bunu «Yeni Müsavat»a müsahibəsində Rüstəm İbrahimbəyov özü deyib. Şura sədri indiyə qədər Milli Şuranın namizədinin hesabına cəmi 5 min manat yığılmasını mənfi qiymətləndirib:
«Bu, çox pis nümunədir. Bu o deməkdir ki, bizim xalqımız hələ seçki prosesindəki vəzifəsini başa düşməyib. Çünki demişdim ki, bu, bir siyasi aksiyadır və əsas məqsəd hər bir vətəndaşın öz adından həmin hesaba minimum məbləğ köçürməklə hakimiyyətə etirazını ifadə etməsidir. Hər halda, vətəndaşlar bu prosesi dayandırmamalıdırlar».
Rüstəm İbrahimbəyov Londona səfərə getməməsinə də aydınlıq gətirib: