Azərbaycanda yeni informasiya portalı fəaliyyətə başlayıb. Kiv.az adı ilə internet media məkanına daxil olan portalın sahibi və baş redaktoru Azər Niftiyevin verdiyi məlumata görə, sayt öz dəsti-xətti ilə fərqlənməyə çalışacaq: “Ölkədə onlarla xəbər portalının fəaliyyət göstərdiyi və hər ay yen-yeni saytların fəaliyyətə başladığı bir şəraitdə bizi gərgin bir rəqabət gözlədiyindən xəbərdarıq. Kiv.az öz spesifik üslubu ilə digər portallardan fərqlənməyə və daha çox analitik yazılarla oxucuların görüşünə gəlməyə çalışacaq”.