Modern.az

Firudin Cəlilovun iddiası “zəlzələ” doğurdu - Ziyalılar arasında QALMAQAL

Firudin Cəlilovun iddiası “zəlzələ” doğurdu - Ziyalılar arasında QALMAQAL

Təhsil

8 Dekabr 2023, 15:04

AXC hakimiyyəti dönəmində (1993) təhsil naziri işləmiş Firudin Cəlilovun BBC Azərbaycanca-ya müsahibəsi qalmaqala səbəb olub.

Modern.az xəbər verir ki, müsahibə zamanı Firudin Cəlilovun Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə test üsulu ilə keçirilməsi təşəbbüsünün özünə məxsus olduğunu iddia etməsi etiraz doğurub.
 

1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmiş türkoloq alim Kamil Vəli Nərimanoğlu Firudin Cəlilovun iddiasına sərt təpki göstərib.

“Keçmiş təhsil nazirinFirudin Cəlilovun uzun və mənasız çıxışı tərbiyəsizlikdir, yalan və  böhtandan başqa bir şey deyil. Ayıb deyilen bir şey var. Her yerdə hər cür polemikaya hazıram...
...Allah test inqilabını edən Elçibəyə və icraçı Vurğun Əyyuba rəhmət eləsin. Boş və mənasız adamlara min lənət! Xalq hər şeyi gözəl bilir”, - deyə Kamil Vəli Nərimanoğlu Firudin Cəlova cavabında bildirib.

Məsələyə Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli də reaksiya verib:

“Mən Kamil müəllimlə həmfikirəm… Azərbaycanda test ideyasının ideal şəkildə reallaşdırılması Vurğun Əyyubun adı ilə bağlıdır. Yaşadığımız tarixi heç kim saxtalaşdıra bilməz”.

Xatırladaq ki, abituriyentlərin test üsuli ilə ali təhsil ocaqlarına qəbul olunması prosesinə 1992-ci ildə başlanılıb. 


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi