Modern.az

İnstitut direktoru nazirin müşaviri təyin olundu

İnstitut direktoru nazirin müşaviri təyin olundu

Təhsil

8 Dekabr 2023, 17:22

Elm və təhsil nazirinə yeni müşavir təyin edilib.
 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
 

Müşavir vəzifəsinəd Elnur Qəzənfər oğlu Əliyev təyin olunub. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir.

Qeyd edək ki, Elnur Əliyev daha əvvəl Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi