Modern.az

Dini kolleci bitirənlər məsciddə də çalışa biləcəklər - REKTOR

Dini kolleci bitirənlər məsciddə də çalışa biləcəklər - REKTOR

Təhsil

11 Dekabr 2023, 14:48

Xəbər verdiyimiz kimi, “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu kollecin yaradılmasının faydası nə olacaq? Burada təhsil alanların hansı imkanları olacaq? Məsələn, məscidlərdlə imamlıq edə biləcəklərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, İlahiyyat Kollecinin yaradılması dövlətin keyfiyyətli dini təhsilə verdiyi əhəmiyyətin göstəricisidir:

 

"Kollec ilk növbədə İlahiyyat İnstitutu üçün baza olacaq. Kolleci bitirənlər dünyəvi fənlərlə yanaşı, dini biliklərə də yiyələnəcək və beləcə İlahiyyat İnstitutuna din elmləri sahəsində daha savadlı tələbələrin qəbulu baş verəcək.

 

Gələcəkdə kollecdə təhsil alanların qida və yataqxana ehtiyaclarının da qarşılanması nəzərdə tutulur.
Bu, din sahəsində təhsil almaq istəyənlərin başqa ölkələrə yönəlməsinin də qarşısını alacaq. Artıq öz ölkəmizdə din təhsili almaq üçün hər şərait mövcuddur.

 

Azərbaycan İlahiyyat İnstitunda elmi əsaslarla ali din təhsili həyata keçirilir. Kollecin yaranması ilə belə tədris orta ixtisas səviyyəsində gerçəkləşəcək. Nəticədə dini tədrisdə ardıcıllıq təmin olunacaq. Kollecdə verilən təhsil institut təhsili ilə tamamlanacaq və bununla da ölkəmiz üçün din sahəsində daha savadlı kadrların hazırlanması təmin ediləcək. Kolleci bitirənlər məscidlərdə də çalışa biləcəklər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi