Modern.az

Bağça müdiri olmaq istəyənlərin nəzərinə!

Bağça müdiri olmaq istəyənlərin nəzərinə!

Təhsil

13 Dekabr 2023, 17:14

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.

 

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Modern.az-a bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 14-dən 21-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi