Modern.az

Hərbi kolleclərin yaradılması üçün 2 milyon manat ayrıldı

Hərbi kolleclərin yaradılması üçün 2 milyon manat ayrıldı

Təhsil

14 Dekabr 2023, 14:52

Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanında əksini tapıb.

 

Fərmana əsasən, hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılır.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi