"Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə baxdıqda görürük ki, ümumi təhsildə əsaslı məzmunun tətbiqindəki səriştə 90 ilə yaxındır dəyişməyib".
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
"Siniflər üzrə dərs saatlarının müqayisəsinə gəlincə, bu, 1934-1935-ci illərdə də I-IV sinifdə 108, 2023-2024-cü tədris ilində 91, V-IX sinifdə 146/149, X-XI sinif üzrə isə 70/66 olub",-o deyib