Direktorların orta əməkhaqları artıb.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, 896 direktorun orta aylıq əməkhaqqı 2050 manatdır. Nazirin sözlərinə görə, əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb: "2691 direktor müavininin isə orta aylıq əməkhaqqısı 1380 manatdır".
Emin Əmrullayevin sözlərinə görə, bu günə qədər 137 min nəfərlik müəllim heyətinin 40 min nəfəri sertifikatlaşdırmaya cəlb edilib. O bildirib ki, bu, bütün müəllimlərin 29 faizini təşkil edir:
"Ümumilikdə 32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllim əməkhaqqına 10 faiz, 8 min müəllim isə 35 faiz əlavə alır. Hər 3 müəllimdən biri 2023-cü ildəki sertifikatlaşdırmadan sonra 1000 manat və daha çox əməkhaqqı alır".
Nazir deyib ki, bu gün 28 min müəllim 500 manata qədər əməkhaqqı alır. Onlar həftədə 8 saata yaxın dərs deyir.