5-10 ildən sonra müəllimlər ordusunun tərkibini müəyyən etmək məqsədilə Dövlət İmtahan Mərkəzi pedaqoji ixtisaslara qəbulla bağlı geniş araşdırma və təhlillər aparır.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, son illər ərzində həm pedaqoji ixtisaslara ərizə verənlərin sayı, həm də qəbul planı artıb.
“Fənlər üzrə müəllimlik ixtisaslarına qəbul olan abituriyentlərin balına baxsaq, burada biz məhz riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarının siyahıda ilk yerlərdə olduğunu görürük ki, bu da həmin fənlərin buraxılış imtahanında olması ilə bağlıdır”, - deyə Məleykə Abbaszadə qeyd edib.