Modern.az

“Magistr” jurnalının 1-ci nömrəsi nəşr edildi

“Magistr” jurnalının 1-ci nömrəsi nəşr edildi

Təhsil

18 Dekabr 2023, 10:08

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində dərc edilib.

 

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu