Modern.az

Məktəbəhazırlıq məşğələlərinə cəlb olunanların SAYI

Məktəbəhazırlıq məşğələlərinə cəlb olunanların SAYI

Təhsil

18 Dekabr 2023, 16:20

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 ümumi təhsil müəssisəsində 961 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 21 140 uşaq cəlb olunub.

 

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

 

2023-cü təqvim ilində ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılara 2 212 resurs dəst paylanıb.


Pilot olaraq həyata keçirilən layihənin məqsədi məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların tədris ili boyu bacarıq və vərdişlərinin, estetik və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, onların əl qabiliyyətlərinin, bədii yaradıcılıqlarının üzə çıxarılmasından ibarətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi