Təhsil nazirinin müvafiq əmrinə əsasən, Cəsarət Valehov Təhsil Nazirliyində yeni yaradılmış İnformasiya şöbəsinin müdir müavini və həmin şöbənin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri təyin edilib.
Bu barədə Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib.
Təhsil Nazirliyinin ləğv olunmuş İctimaiyyətlə əlaqə şöbəsinin sabiq müdiri Bayram Hüseynzadə isə işdən azad olunub. Bundan sonra nazirlikdə onun vəzifəsini İctimai Televiziyanın keçmiş şöbə müdiri Cəsarət Valehov icra edəcək.
Təhsil Nazirliyindən bildiriblər ki, nazirliyin ləğv olunmuş İctimaiyyətlə əlaqə şöbəsinin sabiq müdiri, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə isə həmin qəzetə rəhbərliyini davam etdirəcək.
Gültəkin ƏLƏSGƏR