Modern.az

Yaxın vaxtlarda ikiyə bölünəcək Sumqayıt rayonlarına icra başçıları təyin olunacaq

Yaxın vaxtlarda ikiyə bölünəcək Sumqayıt rayonlarına icra başçıları təyin olunacaq

19 Sentyabr 2013, 14:47

“Sumqayıt şəhərinin iki yerə bölünməsi məsələsi artıq təsdiqlənib və bu, mütləq olacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətində informasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev deyib. O, qeyd edib ki, Sumqayıt şəhərinin sakinlərinin sayı, eyni zamanda tikilən binalar gündən-günə artır və bu prosesi asanlaşdırmaq üçün şəhərin iki yerə bölünməsi məsələsi ortaya qoyulub.

“Hazırda layihə üzərində iş gedir. Şəhərin hansı hissələrdən iki yerə bölünməsi hələ dəqiqləşməyib. Amma yaxın gələcəkdə bu olacaq və rayonlara icra başçıları təyin olunanda bu haqda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

A.İmaməliyev bildirib ki, rayon icra başçılarının iş fəaliyyətinə başlaması barədə indidən bir söz demək çətindir .

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular