Ermənistan prezidenti Serj Sərkisyanın bir ayda iki dəfə Moskvaya səfərindən sonra Rusiya rəhbəri V. Putinin də Ermənistana səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb. Modern.az erməni KİV-inə istinadən xəbər verir ki, “Hraparak” qəzetinin iqtidar daxili mənbələrdən əldə etdiyi məlumata əsasən, Putin yaxın zamanlarda İrəvana gedəcək. Lakin səfərin konkret olaraq nə vaxt gerçəkləşəcəyi haqda dəqiq informasiya verilməyib.
Aqşin Kərimov