Modern.az

Bakıda 51 məktəb təmir olunub - FOTO

Bakıda 51 məktəb təmir olunub - FOTO

Təhsil

26 Dekabr 2023, 13:28

2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 51 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

 

Bu barədə Modern.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 1 məktəbəqədər təhsil müəssisəsində (257) əsaslı təmir işləri aparılıb. Bakı şəhəri Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsi (13 və 14 saylı uşaq bağçaları) istifadəyə verilib.

 

Hazırda 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, A.Məmmədov adına) təmir işləri aparılır. Eyni zamanda, 1 məktəbdə (313) əsaslı təmir işləri və əlavə korpusun tikintisi davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi