Modern.az

UNEC-ə bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu elan edildi

UNEC-ə bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu elan edildi

Təhsil

27 Dekabr 2023, 17:34

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu elan edilib.

 

UNEC-dən Modern.az-a bildirilib ki, “Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası haqqında Qaydalar”a əsasən ərizələr 2024-cü il yanvarın 7-dən fevralın 3-dək qəbul ediləcək.

 

Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına əsasən xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi