Modern.az

Rektor yeni prorektor təyin etdi 

Rektor yeni prorektor təyin etdi 

Təhsil

27 Dekabr 2023, 19:49

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin edilib.

 

Modern.az xəbər verir ki, rektorun qərarı ilə Elşad Abdullayev universitetin elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə gətirilib.

 

Elşad Abdullayev 2009 – 2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019 - 2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb. 2023-cü ilin noyabr ayında Sumqayıt Dövlət Universitetində Rektorun müşaviri vəzifəsinə təyin olunub.  

 

2016-cı ildə isə “Nüvə kimyası” ixtisası üzrə Dosent elmi adı alıb. Ümumilikdə 60-dan çox elmi əsəri (o cümlədən 1 patent və 26 məqaləsi) çap edilmişdir.2021-ci ildə Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi