Modern.az

Nazirlik Qarabağı niyə unudub?

Nazirlik Qarabağı niyə unudub?

21 Sentyabr 2013, 10:24

İşğal olunmuş rayonlarda ermənilər tərəfindən məhv olunmuş tarixi abidələrimizin siyahıya alınması ilə bağlı məlumatı Mədəniyyət və Turizm Nazirliyi təkzib etdi.

“Nazirlik bu ərazilərində necə siyahıya alma apara bilər ki?!”

“Bu məsələ dəfələrlə qaldırılıb. ATƏT-in fakt araşdırıcı missiyası Azərbaycana gələrək monitorinqlər aparıb. Həmin ərazilərdə tarixi abidələrin siyahısını yalnız beynəlxalq qurumların tərtib etməsi mümkündür”, – deyə nazirliyin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov Modern.az-a söylədiyinə əlavə edib.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov işğal olunmuş rayonlarda ermənilər tərəfindən məhv olunmuş tarixi abidələrimizin siyahıya alması ilə bağlı açıqlama vermişdi. O, mövcud məlumatlar əsasında mədəniyyət nümunələrinin, hətta dağıdılmış tarixi abidələrin siyahısının Mədəniyyət və Turizm Nazirliyində tutulduğunu bildirmişdi.  

Gültəkin ƏLƏSGƏR 
 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?