Modern.az

Nişan görüntüləri yayılan 12 yaşlı qız bu məktəbdə oxuyur

Nişan görüntüləri yayılan 12 yaşlı qız bu məktəbdə oxuyur

Təhsil

29 Dekabr 2023, 16:08

Sabirabadda nişan görüntüləri yayılan 12 yaşlı Q. E. rayonun Qaralar kənd tam orta məktəbinin VII sinif şagirdidir.

 

Modern.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

 

İdarə şagirdin dərsə davamiyyətində heç bir problemin olmadığını vurğulayıb. Qeyd olunur ki, məktəb rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına adiyyəti üzrə məlumat verib.

 

Qeyd edək ki, Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı görüntülər yayılıb.

 

Məlumatı dövlət qurumları da təsdiqləyib. Ombudsman məsələni nəzarətə götürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi