Modern.az

UNEC ilə "Naxçıvan" Universiteti arasında tələbə mübadiləsi

UNEC ilə

Təhsil

29 Dekabr 2023, 18:39

“Naxçıvan” Universitetinin rektoru dosent Anar Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

 

UNEC-dən Modern.az-a bildirilib ki, rektor Ədalət Muradov görüşdə universitetlər arasında bu ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində görülən işlər müzakirə olunub. “Naxçıvan” Universitetinin müəllim və tələbə heyətinin UNEC-in e-kitabxanasından istifadəsinin təmin olunduğu, “E-Views əsaslı Ekonometrika” fənni üzrə təlim proqramında “Naxçıvan” Universitetinin 5 əməkdaşının uğurla iştirak etdiyi bildirilib. Yaz semestrindən isə tələbə mübadiləsinə start veriləcəyi qeyd olunub.

 

Rektor Anar Kazımov UNEC-in beynəlxalq reytinqlərdə dünya universitetləri ilə bır sırada dayanmasından qürur duyduğunu ifadə edərək bu ali təhsil ocağının təcrübəsinin “Naxçıvan” Universitetinə böyük töhfələr qazandıracağından əminliyini bildirib.

 

Müzakirələrdən sonra rektorlar tələbə mübadiləsinə dair razılaşma protokolu imzalayıblar.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi