Modern.az

DİN MƏLUMAT yaydı: “Cəmil Həsənlinin mitinqində 2 min adam iştirak edib

DİN MƏLUMAT yaydı: “Cəmil Həsənlinin mitinqində 2 min adam iştirak edib

23 Sentyabr 2013, 13:41

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ötən gün Yasamaldakı stadionda keçirilən görüş-mitinqi barədə rəsmi məlumat yayıb.
DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib: “Sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də, bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?