Modern.az

Gəncə Dövlət Universitetində imtahan prosesi davam edir - FOTO 

Gəncə Dövlət Universitetində imtahan prosesi davam edir - FOTO 

Təhsil

7 Yanvar 2024, 22:40

Gəncə Dövlət Universitetində 2023/2024 tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

 

Modern.az xəbər verir ki, imtahan sessiyasının mövcud əsasnamələrə uyğun obyektiv, şəffaf keçirilməsi, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün universitetdə lazımi şərait yaradılıb. İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib və hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb. 

 

Universitetdə 29-30 dekabr 2023-cü il tarixlərdə imtahanlar yazılı və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında aparılıb.

 

7 yanvar 2024-cü il tarixdən isə buraxılış kurs tələbələri kompüterdə test üsulunda imtahan verməyə başlayıblar. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt ayrılıb.
    

15 yanvar tarixdən digər kursların tələbələri də test formasında imtahan verəcəklər.

 

Gəncə Dövlət Universitetində 29 dekabr 2023-cü il tarixdə başlayan imtahanların 1 fevral 2024-cü il tarixdə yekunlaşması nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi