Modern.az

Ötən il 9 mindən çox müəllim işə qəbul olunub

Ötən il 9 mindən çox müəllim işə qəbul olunub

9 Yanvar 2024, 15:52

Keçən il müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində 1 219 nəfər iş yerini dəyişib.

 

Modern.az xəbər verir ki, 91 müəllim iş yerini elektron qaydada qarşılıqlı olaraq dəyişib.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində 4 368 nəfər müddətsiz, 2 351 nəfər müddətli müqavilə əsasında işlə təmin olunub.

 

2 529 nəfər isə əlavə yerləşdirmə mərhələsi üzrə müddətli müqavilə ilə işə qəbul olunub. Məktəbəqədər təhsil müəssisələri üzrə 244 namizəd işə qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi