Bugün Moskvada yekunlaşan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxış edən Ermənistan prezidenti Azərbaycanı ittiham edib. Modern.az bildirir ki, o, təşkilatın bəzi ölkələrinin Azərbaycanın təsiri ilə müttəfiqliyə zidd addımlar atdığını bildirib.
“Qəbul olunmuş bəzi kollektiv qərarlara baxmayaraq bəzi üzv ölkələr başqa təşkilatlarda KTMT-nın qərarlarına əks addımlar atır. “Son illərdə prezident səviyyəsində belə Azərbaycanın təsiri ilə bəzi üzv ölkələr “dövlətlərin ərazi bütövlüyü” prinsipini digər prinsiplərdən üstün tutan birtərəfli qərarlar qəbul edir. Təbii ki, bəzi ölkələrin Azərbaycanla bağlı öz maraqları ola bilər. Lakin təşkilat daxilində biz buna razı ola bilmərik”-deyə Sərkisyan məyus halda qeyd edib.
Vüqar İsmayılov