Modern.az

Eldəniz Quliyev Ələkrəm Hümmətovun müdafiəsinə qalxdı

Eldəniz Quliyev Ələkrəm Hümmətovun müdafiəsinə qalxdı

24 Sentyabr 2013, 17:02

“Ələkrəm Hümmətovun Ermənistana və Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı informasiyaların səhih  olması haqqında məndə məlumat yoxdur. Hər hansı bir mətbu orqanın bu cür informasiya yazması məsələnin səhih olduğunu xəbər vermir”. Bunu Modern.az saytına açıqlamasında “Azəri-Talış Birliyi”nin həmsədri, Milli Şura üzvü Eldəniz Quliyev Ələkrəm Hümmətovun Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, bəzən xəbər saytlarında dəqiq olmayan məlumatlar yer alır. “Hesab edirəm ki, Ələkrəm Hümmətov Xocalı soyqırımını törətmiş, vəhşiliklər törətmiş ermənilərin dəvəti ilə Ermənistana getməz. Mən buna inanmıram”-deyə E. Quliyev qeyd edib. E. Quliyev deyib ki, Ermənistana belə bir  səfər edən şəxsin addımı  öz vətəninə, xalqına qarşı xəyanət kimi dəyərləndirilməlidir. “Ancaq düşünürəm ki, Ə. Hümmətov bu addımı atmaz”-deyə E. Quliyev vurğulayıb.

Qeyd edək ki, Qondarma “Talış Muğan Respublikası”nın yaradıcısı, Azərbaycandan deportasiya edilmiş Ələkrəm Hümmətov Ermənistana gedib .Bu barədə erməni KİV-ləri məlumat yayıb. Ə.Hümmətov Ermənistan Dövlət Universitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılışında iştirak edəcək. Tədbirin bu gün baş tutacağı qeyd olunub.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?