Modern.az

Oqtay Gülalıyev bıçaqlanmış oğlunun durumu haqda danışdı

Oqtay Gülalıyev bıçaqlanmış oğlunun durumu haqda danışdı

24 Sentyabr 2013, 17:53


“Bıçaqlanan oğlum “Azərsu” tikinti xəstəxanasındadır. Hazırda ordayıq”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın sözçüsü Oqtay Gülalıyev deyib. O bildirib ki, bir azdan oğlu evə buraxılacaq.

“Həkim yardım göstərib. Ümid edirik ki, vəziyyəti yaxşı olacaq. Ancaq hələ ağrıları tam keçməyib”.

Oqtay Gülalıyev qeyd edib ki, dünən əməliyyat olunan övladının vəziyyəti normaldır.

Qeyd edək ki, sentyabrın 23-də axşam Azərbaycan vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevə hücum edilib. 4-5 nəfər gənc 16 yaşlı Əlini döyüblər və iki bıçaq xəsarəti yetiriblər.   

Aqşin Kərimov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?