Türkiyədə baş verən avtomobil qəzasında müdafiə naziri İsmət Yılmaz 5 qohumunu itirib.
Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazirin qohumları Həmzə, Həmid, Mustafa, Harun və Zamir Çam Sivasdan ailələrini ziyarət etdikdən sonra İstanbula qayıdırmışlar. Ancaq Həmid Çamın idarə etdiyi avtomabil magistral yolda yük maşını ilə toqquşub. Nəticədə maşında olan 5 nəfər ölüb. Qəzada ölənlərin əmioğlu olduqları, Həmzə Çamın isə müdafiə naziri İsmət Yılmazın xalası Bağdat Çamın olduğu qeyd edilib.