Modern.az

Deputat və əməkdar artist ön cəbhədə xarici qonaqlarla "Dostluq körpüsü" qurdu - FOTOLAR

Deputat və əməkdar artist ön cəbhədə xarici qonaqlarla "Dostluq körpüsü" qurdu - FOTOLAR

25 Sentyabr 2013, 12:12

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Tovuz rayonunda Ermənistanla ön cəbhədə 5 ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan və Kubanın tanınmış sənətçilərinin iştirakı ilə "Dostluq körpüsü" layihəsi çərçivəsində tədbir və konsert keçiriblər. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva çıxış edərək "Dostluq körpüsü" adlı bu layihənin önəmindən danışıb və layihənin təşəbbüskarı Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovaya və xarici ölkələrdən gəlmiş sənətçilərə xüsusi təşəkkür edib. Bu layihənin və tədbirin həyata keçirilməsinə dəstək verməkdən böyük məmnuniyyət duyduqlarını deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan,  Türkiyə,  Qazaxıstan, Tacikistan və Kubanın tanınmış sənətçilərinin iştirakı ilə növbəti konsertin ön cəbhədə əsgər və hərbçilərimiz qarşısında keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 “Ön cəbhədən dosta da düşmana da məsajlar göndərildi. Azərbaycan və Azərbaycanlılar gözəl dostluq etməyi ən gözəl bacaranlardandır amma düşmən kəsilənlərə də layiqli cavab vermək gücündə və əzmindədirlər!”.
Əməkdar artist  Aybəniz Haşımova "Dostluq körpüsü" layihəsi  və onun ön cəbhədə keçirilməsinin önəmindən danışaraq əsgərlərə şərəfli xidmətlərində uğular arzulayıb.

Sonra Qənirə Paşayeva, Aybəniz Haşımova və xarici ölkələrdən gələn sənətçilər hərbi xidmətində fərqlənən əsgər və hərbçilərə hədiyyələr təqdim ediblər.
Əməkdar artist Aybəniz Haşımova ilə yanaşı, Tacikistan müğənnisi Təhminə Niyazova,  Qazaxstan müğənnisi Alişir Karimov  və Baurjan Raximbekov, Kuba müğənnisi Emiliya Morales, gənc və istedadlı sənətçi Aynişan Quliyeva, “Bülbülllər” qrupunun solisti  Müşviq Əliyev gözəl və maraqlı konsert proqramı ilə çıxış ediblər.

"Dostluq körpüsü" layihəsi Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovanın təşəbbüsü və təşkilatçılığı, "12 MAY” şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.












Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?