
“Ələkrəm Hümmətov kimdir ki, onun səfərinə də münasibət bildirəm?! O, sadəcə vətən xaindir!”. Bunu
Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib. O, özünü qondarma “Talış-Muğan Respublikası”nın “prezidenti” hesab edən Ələkrəm Hümbətovun Ermənistana separatçı xarakterli səfərinə münasibət bildirərkən qeyd edib ki, bu səfəri mətbuat səhifələrinə də çıxarmağa ehtiyac yox idi.
Qeyd edək ki, Azərbaycandan deportasiya edilmiş Ə.Hümmətov Ermənistanda İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının başlatdığı talışşünaslıq proqramının açılışında iştirak edib. Həmin tədbirdə o, Azərbaycan əleyhinə fikirlər səsləndirib.
Aqşin Kərimov