Vaxtilə siyasi aktivliyi ilə seçilən AXCP sədrinin müavini Razi Nurullayev son günlər bir o qədər gözə dəymir. Milli Şurada təmsil olunmasına baxmayaraq Əli Kərimlinin müavini seçkilərin bir addımlığında nə mətbuata çıxır, nə də siyasi proseslərə münasibət bildir. Hətta bəzi söz-söhbətlərdə onun siyasətdən uzaqlaşacağı haqda xəbərlər də yayılır.
Əməkdaşımız R.Nurullayevlə əlaqə saxlayaraq münasibət öyrənib. Siyasi fəaliyyətini davam etdirdiyini deyən AXCP rəsmisi sadəcə mətbuata çıxmaq istəmədiyini deyib:
“Hazırda Cəmil Həsənlinin vəkili kimi fəaliyyətimi davam etdirirəm. Bütün tədbirlərə qatılıram. Beynəlxalq səviyyədə səfirliklərlə də əməkdaşlığım davam edir. Milli Şuranın sentyabrın 29-da baş tutacaq mitinqdə iştirak edəcəyəm”.
Vüqar İsmayılov