Modern.az

Yataqxananın yanğın baş verən hissəsində tələbələr yaşamır - Rəsmi AÇIQLAMA

Yataqxananın yanğın baş verən hissəsində tələbələr yaşamır - Rəsmi AÇIQLAMA

18 Yanvar 2024, 00:41

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.

 

Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi