Modern.az

Sertifikasiya imtahanında suallar üç cür olacaq

Sertifikasiya imtahanında suallar üç cür olacaq

18 Yanvar 2024, 12:32

Xəbər verildiyi kimi, bu il riyaziyyat-informatika, xarici dil ( İngilis, rus, fransız, alman) fənlərindən dərs deyən müəllimlər sertifikasiya imtahanlarına cəlb olunacaqlar.

2024-cü ildə təşkil ediləcək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsi də artrıq açıqlanıb.

Modern.az-ın məlumatına görə, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva bildirib ki, suallarla bağlı dəyişiklik yoxdur.

60 sualdan 50-si ixtisas, 10-u isə metodika və pedaqogika üzrə təqdim olunacaq.

N.Mehdiyeva deyib ki, rus dili və ədəbiyyatı fənni üzrə sualların 30-u dil, 20-si ədəbiyyat, 10-u metodika və pedaqogikadan düşəcək.

Fənlər üzrə suallar asan, orta və çətin olmaqla üç kateqoriyaya bölünəcək.

Fəaliyyət dövrünün beş ili tamam olmuş müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaqlar.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi