Modern.az

Azərbaycanda oxuyan əcnəbilər, xaricdə təhsil alan azərbaycanlılar - STATİSTİKA

Azərbaycanda oxuyan əcnəbilər, xaricdə təhsil alan azərbaycanlılar - STATİSTİKA

Təhsil

18 Yanvar 2024, 15:28

Hazırda ölkəmizin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 93 xarici ölkədən 7,7 min əcnəbi tələbə də təhsil alır.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Hindistan, Pakistan İslam Respublikası, Suriya Ərəb Respublıkası, İraq və Nigeriya vətəndaşları üstünlük təşkil edirlər. 

2023-2024-cü  tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 997 nəfər təşkil edib.

Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.

Azərbaycanlı tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çin Xalq Respublikasının ali təhsil müəssisələrində  təhsil alır.          

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU