Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013-2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının yeklunları ilə bağlı konfrans keçirilib. Modern.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə qeyd edib ki, 2013-cü il TQDK tərəfindən aparılan buraxılış imtahanlarında 9-cu siniflər üzrə – 117275 nəfər, 11-ci siniflər üzrə – 86632 nəfər iştirak edib.
9-cu siniflər üzrə buraxılış imtahanlarında uğurlu qiymət alanların sayı – 68497 nəfər, 11-ci siniflər üzrə buraxılış imtahanlarında hər iki fəndən müvəffəq qiymət alanların sayı – 62494 nəfər olub.
Ana dilindən 9-cu siniflər üzrə – 79583, 11-ci siniflər üzrə – 69230, riyaziyyat fənni üzrə 9-cu siniflərdən – 81970 nəfər, 11-ci siniflər üzrə – 69315 nəfər müvəffəq qiymət alıb.
M. Abbaszadə bildirib ki, TQDK bu il qəbul imtahanlarını 11 bölgədə keçirib. Bunlar Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Ağcəbədi, Şirvan, Göyçay, Naxçıvan və Mingəçevirdir. Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib. Onlardan 42,98%-i – 0-100, 21.99%-i – 100-200, 13.84%-i – 200-300, 15.65%-i – 300-500, 5.55%-i – 500-700 bal toplayıb. Yalnız 1617 nəfər 600-dən yuxarı bal toplayıb.
I qrupda 365, II qrupda 301, III qrupda 495, IV qrupda 400 nəfər yüksək nəticə göstərib.
TQDK tərəfindən ali təhsil müəssisələrinin magistratura pilləsinə aparılan imtahanlarda 4773 nəfər dövlət, 659 nəfər özəl ali təhsil müəsissələrinə qəbul olunub.
Aytən Əliyeva