Modern.az

Polis Akademiyasına sənəd qəbulu başladı - VİDEO

Polis Akademiyasına sənəd qəbulu başladı - VİDEO

Təhsil

22 Yanvar 2024, 10:50

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına sənəd qəbuluna başlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

 

Məlumata görə, Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə 500 kursantın qəbulu üçün müsabiqə elan edib. Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.


İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmır.


Sənədlərin qəbulu 2024-cü il yanvar ayının 22-dən mart ayının 3-dək bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.

 

Polis Akademiyası və sənəd qəbulu haqqında ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi