Hər kəsin bir ömür payı var. Kim necə yaşayır, necə fəaliyyət göstərir?! Elə ki, ömür başa çatır, xatirələr çözələnir, yaxşılıqların, əməllərin dil- dil gəzir...
...24 yanvar 2024- cü il tarix! Beynəlxalq Təhsil Günü ömrünü təhsilimizin inkişafına həsr etmiş, tanınan, sevilən, hər kəsin qəlbində böyük sevgi- istək olan Azərbaycan Respublikasının Əməkdar müəllimi Şakirə Bədəlovanın ömür payının bitdiyi, işıqlı həyat yolunun xatırlandığı, dilə gəldiyi bir gün oldu.
Bədəlova Şakirə Gülməmməd qızı Mil- Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoru üzrə N. Nərimanov adına 1 saylı məktəb- liseydə müəllim, direktor müavini və direktor əvəzi işləmişdir.
Allah rəhmət eləsin!
Ailə üzvlərinə səbr diləyirik!
Səxavət Tağlar