Modern.az

Prezident rektoru TƏLTİF ETDİ

Prezident rektoru TƏLTİF ETDİ

Təhsil

29 Yanvar 2024, 18:00

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilənlərdən biri də Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzovdur.

O, “Tərəqqi” medalı ilə təltif edilib.

 

Qulu Novruzov 30 oktyabr 2018-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasına rəisi təyin edilib.

 

2021-ci ildə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi