Modern.az

UNEC imtahan qaydalarını pozan 205 tələbə barədə QƏRAR VERDİ

UNEC imtahan qaydalarını pozan 205 tələbə barədə QƏRAR VERDİ

Təhsil

30 Yanvar 2024, 17:44

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası zamanı intizam qaydalarını pozan tələbələrə güzəşt olunub.
 

Bu barədə Modern.az-a UNEC-dən məlumat verilib.

Belə ki, Elmi Şura imtahanlarda intizam qaydalarını pozan bakalavr və magistrlərə humanistlik nümayiş etdirərək, onlar üçün təkrar imtahanların təşkil olunmasına dair qərar verib.
 

“Əziz tələbələr, imtahanlarda intizam qaydalarına riayət etməyinizi xahiş edirik”, - deyə UNEC rəhbərliyi çağırış edib.
 

UNEC-dən bildirilib ki, cari tədris ilindən intizam pozuntusu ilə bağlı tətbiq edilən yeni yanaşmadan sonra imtahan zamanı köçürmə və əlavə vasitələrdən istifadə kimi neqativ halların sayı 4 dəfə azalıb.

Ötən tədris ilində 830 belə hal aşkarlanmışdırsa, bu semestrdə 205 belə fakt qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi