Erməni separatçıları 1813-cü ildə imzalanan Gülüstan müqaviləsinin 200 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 4-5 tarixlərində Dağlıq Qarabağda “Qarabağın milli-azadlıq mübarizəsi: Gülüstan müqaviləsindən günümüzə qədər” mövzusunda beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur.
Qondarma rejimin parlamentində keçiriləcək tədbirdə Ermənistan, Rusiya, Fransa, Belçika, Almaniya və s. ölkələrdən politoloqlar, hüquqşünaslar və tarixçilər öz hesabatları ilə çıxış edəcək. KİV-lərə açıqlamasında “Dağlıq Qarabağın parlamentinin spikeri” Aşot Qulyan elmi konfransda iştirak edəcək qonaqların adını çəkməkdən imtina edib.
Vüqar İsmayılov