Modern.az

Elm və Təhsil Nazirliyində yeni TƏYİNAT

Elm və Təhsil Nazirliyində yeni TƏYİNAT

1 Fevral 2024, 15:12

Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

Modern.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Məlumatı saytımıza Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən təsdiqləyiblər.

Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olmaqla bir neçə dövlət şirkətində insan resursları sahəsində rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, nazirliyin İnsan resursları şöbəsinin sabiq müdiri Eşqi Bağırov bir müddət öncə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

 

Şəbnəm Zahir

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü