Modern.az

İsa Qəmbər Avropa Parlamentinə yola düşdü

İsa Qəmbər Avropa Parlamentinə yola düşdü

2 Oktyabr 2013, 12:06

Müsavat başqanı İsa Qəmbər Brüsselə səfərə gedib. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat  verib. O İsa Qəmbərin artıq səfərə yola düşdüyünü deyib.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər oktybarın 3-də Avropa Parlamentində Azərbaycandakı seçkilərlə bağlı təşkil olunacaq dinləmələrdə iştirak edəcək.

İ.Qəmbər həmçinin Avropadakı mühacir azərbaycanlılardan ibarət Demokratik Azərbaycan Hərəkatının oktyabrın 3-də Brüssel şəhərində keçirəcəyi Cəmil Həsənliyə dəstək mitinqə də qatılacaq.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat nümayəndəsi Oktay Gülalıyev isə bir qədər öncə Modern.az-a açıqlamasında Brüsselə kimin gedəcəyi haqda yekun qərarın verilmədiyini deyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?