Modern.az

Ötən il yenilənən təhsil müəssisələri - VİDEO

Ötən il yenilənən təhsil müəssisələri - VİDEO

1 Fevral 2024, 17:52

Elm və Təhsil Nazirliyi 2023-cü ildə yenilənmiş təhsil müəssisələrinin sayını açıqlayıb.

 

Modern.az xəbər verir ki, nazirlik ümumilikdə 40 təhsil müəssisəsində yenidənqurma işləri aparıb.

 

Bunlardan 3-ü peşə, 3-ü məktəbdənkənar, 1-i internattipli, 33-ü isə ümumi təhsil müəssisəsidir.

 

Müəssisələrdən 23-ü istismara verilib, 8-də isə tamamlanma işləri görülüb.

 

Daha 38 təhsil müəssisəsinin təmir-tikinti işlərinə hazırlıq həyata keçirilir.

 

Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən 20 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi