Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
Bakıda və Abşeron yarımadasında oktyabrın 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz kəçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s təşkil edəcək, axşam şimal-qərb küləyinin sürəti 15-20 m/s, gecəyə doğru arabir 25 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 16-19, günün birinci yarısında 28 dərəcəyədək yüksələcək, axşama doğru 16-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq. Qərb küləyi əsəcək, arabir geclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.
Xəbərdarlıq
Nisbətən mülayim hava şəraitindən sonra oktyabrın 04-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyiş əcəyi, temperaturun tədricən 5-8° aşağı enəcəyi, fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
Modern.az