Modern.az

Bu il magistraturaya qəbul gərgin keçəcək - EKSPERT

Bu il magistraturaya qəbul gərgin keçəcək - EKSPERT

Təhsil

13 Fevral 2024, 09:22

Dövlət İmtahan Mərkəzi (DİM) 11 fevral 2024-cü il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib. Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub.  İmtahanda iştirak üçün 19 725 bakalavr ərizə təqdim edib.

 

Hər il magistratura qəbul imtahan suallarının çətinliklərindən şikayətlər olur. Bu il də imtahan verənlər müxtəlif fikirlər səsləndirir.

 

Bəs 11 fevral  imtahanı necə keçib? İştirak edənlərin hansı fənnlərdən şikayətləri olub? 


Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi sualların normal olduğunu bildirib:

 

“Təbii ki, hər il imtahandan sonra  iştirakçılar hansısa fənndən narazılıqlarını bildirilər.  Bu dəfə daha çox informatika fənnindən bir qədər çətinlikə bağlı narazılıq var. Məntiq, xarici dillə bağlı etiraz yoxdur.  Biz gözləyirdik ki, esse ingilis dilində olduğu üçün bir qədər çətinlik yaradar, ancaq belə olmayıb. 
Düşünürəm ki, imtahan nəticələri yaxşı olacaq. 

 

Həmçinin, ikinci cəhd imtahanı da var. Nəticəsi zəif olan bakalavrlar  ikinci dəfə daha da nəticələrini artıracaqlar. 
Ümumillikdə bu il müsabiqəyə qatılanların sayını nəzərə alaraq qəbulun qərgin keçəcəyini proqnozlaşdırıram”. 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi